Belqorod vilayətinə PUA hücumu

 12:55 18.01.2024     181

Son 24 saat ərzində Ukrayna hərbçiləri Belqorod vilayətinin məskunlaşdığı ərazilərə 30-dan çox döyüş sursatı atıb, bundan əlavə, bölgə kamikadze pilotsuz uçan aparatlardan 14 hücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, qubernator Vyaçeslav Qladkov Teleqram kanalında bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin  hücumları nəticəsində iki sənaye müəssisəsi və elektrik xətləri sıradan çıxıb, “Kamaz” markalı yük maşını yanıb.

"Şebekino şəhərində sənaye zonasına 5 artilleriya mərmisi atılıb. İtki yoxdur. Partlayış nəticəsində sənaye obyektinə ziyan dəyib”.

Çərşənbə günü Şebekinski rayonunun Krasnoye kəndinə iki minaatan mərmisi, Terezovka kəndinə isə bir minaatan mərmisi atılıb. Maryino kəndində PUA-dan partlayıcı qurğu atılıb. 

Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələri Ustinka və Krasnıy Xutor kəndlərinə iki artilleriya mərmisi atıb, həmçinin Ustinkada PUA-dan iki partlayıcı qurğu atılıb. Krasnıy Xutorda üç kamikadze pilotsuz uçan aparatın, Bessonovka kəndində bir PUA-nın köməyi ilə hücum edilib.

NƏRGİZ