Fransa Ukrayna üçün daha 12 Sezarın tədarükünü maliyyələşdirəcək

 15:16 18.01.2024     322

Fransa Ukraynaya əlavə 12 Sezar özüyeriyən artilleriya qurğusunun tədarükünü maliyyələşdirmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə AFP agentliyi respublikanın silahlı qüvvələr naziri Sebastyan Lekornuya istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, bu məqsədlər üçün 50 milyon avro ayrılacaq. Söhbətin Fransada yeni haubitsaların istehsalından, yoxsa onların sonradan Kiyevə çatdırılması üçün başqa ölkələrdən alınmasından getdiyi barədə açıqlama verilməyib. Ümumilikdə, 2022-ci ilin fevral ayından Fransa Ukraynaya 30 Sezar özüyeriyən silah göndərib.

Fransa və ABŞ-ın rəhbərlik etdiyi artilleriya koalisiyasının yaradılması ilə bağlı konfransın açılışında çıxış edən nazirin sözlərinə görə, bundan əlavə, daha 60 haubitsa təchizatını maliyyələşdirmək lazım gələcək:  "Bu, bütün müttəfiqlərə çatdırdığımız mesajdır", - Lekornu deyib.

Bildirək ki, Ukraynanın müdafiə naziri Rustem Umerov bu tədbirdə iştirak etməli idi, lakin onun Parisə səfəri “təhlükəsizlik səbəbindən” ləğv edilib. Agentlik qeyd edir ki, Umerov konfransın açılış mərasimində videobağlantı vasitəsilə iştirak edib.

NƏRGİZ