Rusiya İran və Pakistanı maksimum təmkinli olmağa çağırdı
Moskva İran və Pakistanı maksimum təmkinli olmağa və yaranan problemləri müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə çağırır.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Qeyd olunur ki, Rusiya Federasiyası son günlər İran-Pakistan sərhəd bölgəsində vəziyyətin daha da gərginləşməsini həyəcanla izləyir.
Rusiyalı diplomatın qeyd etdiyi kimi, vəziyyətin daha da gərginləşməsi regionda sülh, sabitlik və təhlükəsizliyin olmasında maraqlı olmayanların işinə yarayır.
“Ümid edirik ki, İran və Pakistan tezliklə ənənəvi mehriban qonşuluq ruhunda öz fikir ayrılıqlarını, o cümlədən bir-birinin ərazilərindən gələn terror təhlükələrinin dayandırılması ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün bir yol tapacaqlar”, - deyə Zaxarova vurğulayıb.
NƏRGİZ