"Apple" bu şəxslərə 350 dollar ÖDƏYƏCƏK
Apple səs problemi olan smartfon sahiblərinə təzminat ödəməyə razılaşıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə MacRumors məlumat yayıb.
2023-cü ildə şirkət nümayəndələri iPhone 7 və 7 Plus-dakı qüsurla bağlı qrup iddiası qaldıran istifadəçilərlə razılığa gəliblər. Korporasiya 35 milyon dollar təzminat ödəməyə qərar verib. Apple bu barədə müştəriləri yanvarın ortalarında xəbərdar etməyə başlayıb.
Problem telefon danışıqları zamanı mikrofonun işləməməsi ilə bağlı idi. Müqaviləyə əsasən, köhnə smartfonların istifadəçiləri şəraitdən asılı olaraq 125-350 dollar arasında ödəniş gözləyə bilərlər.
Yusif EYVAZLI