ABŞ-ın İraqdakı hərbi bazasına PUA ilə hücum edildi

 23:44 18.01.2024     192

ABŞ-ın İraq Kürdüstanındakı hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-ın bölgədəki konsulluğunda həyəcan təbili çalıb.

Bildirilib ki, zərbə İraq Kürdüstanının paytaxtı Ərbil şəhərindəki hava limanı ərazisinə endirilib. (report)