Rusiya Paşinyanı Moskvada gözləyir - Səfir
Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın may ayında Moskvada keçiriləcək Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirakını gözləyir.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin RİA Novosti-yə müsahibəsində bildirib.
"Xatırladıram ki, bu il Ermənistan Respublikası Avrasiya İqtisadi Şurasına sədrlik edir. Bu, həm də nümayəndə heyətlərinin mübadiləsini və səfərləri nəzərdə tutur. May ayında Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammitinin keçirilməsi planlaşdırılır və təbii ki, Rusiya tərəfi ölkə liderinin – sədr, baş nazir Nikol Paşinyanın iştirakını gözləyir”, - səfir deyib.
Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası münasibətlər praktikasında adi haldır və bu məsələ gündəmdə olub, var və qalır.
“Xatırladıram ki, bu yaxınlarda, bir ay əvvəl İrəvanda ölkələrimizin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirildi. Orada həm Rusiyanın, həm də Ermənistanın müxtəlif departamentlərinin nümayəndələri iştirak edirdilər. Bu, ikitərəfli münasibətlərimizdə çox mühüm, əlamətdar hadisə idi”, - Kopırkin qeyd edib.
O əlavə edib ki, 2024-cü ildə planlaşdırılan əlamətdar tədbirlərdə iştirak etmək üçün Rusiya tərəfdən erməni həmkarlarına bir sıra dəvətlər var.
"İndi hər şeyi sadalamayacağam, biz bu məsələ üzərində işləyirik. Təbii ki, bu cür mübadilələr, o cümlədən yüksək səviyyədə səfərlər gündəmdədir", - səfir bildirib.