Qazaxıstan da saatı çəkməyəcək - Vahid saat qurşağına KEÇİR

 11:02 19.01.2024     177

Qazaxıstan martın 1-dən vahid saat qurşağına keçəcək.

Redaktor.az bu barədə “TASS”a istinadla xəbər verir. 

Ölkənin Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 5-ci saat qurşağı respublikanın bütün ərazisinə tətbiq olunacaq.

Qərar rəsmi dərc edilib və 2024-cü il martın 1-dən qüvvəyə minir.

Dəyişikliyə əsasən, Astana, Almatı, Çimkənd şəhərlərinin, eləcə də Akmola, Almatı, Cambil, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan, Türküstan, Şərqi Qazaxıstan, Abay, Jetısu və Ulıtau vilayətlərinin hakimiyyət orqanları 29 fevral 2024-cü il 1 mart 2024-cü ildə bir saat geri çəkilməlidir.

Həmidə İBRAHİMLİ