Papikyan Amerika səfiri ilə görüşdü

 11:37 19.01.2024     220

Yanvarın 18-də ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinnin dəvəti ilə Ermənistanın müdafiə naziri Suren Papikyan onunla işgüzar nahar edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Amerika əməkdaşlığı məsələlərini, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

NƏRGİZ