"Onlar axmaq deyillərmi?" - Medvedev isveçliləri TƏHQİR ETDİ
İsveçlilər NATO-ya üzv olmaq istəməzdən əvvəl yaxşı yaşayırdılar. İndi İsveç hökuməti alyansa qoşulmaq üçün Rusiya ilə müharibəyə çağırır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev X sosial şəbəkəsində (keçmiş Twitter) Avropada siyasətin deqradasiyasını müzakirə edərkən yazıb.
“İsveçlilər heç bir NATO olmadan xoşbəxt yaşayırdılar. Sonra aqressiv ruslardan qorunmaq üçün qoşulmağa qərar verdilər. İndi də onların hökuməti alyansa qoşulmazdan əvvəl də məhz qoşulmaq üçün Rusiyaya qarşı müharibəyə çağırır. Deməli, onlar axmaq deyillərmi?” – siyasətçi yazıb.
NƏRGİZ