“Qısa bir gecədən sonra yorğun adam - Almaniya”

 16:27 19.01.2024     245

Almaniyadakı mövcud iqtisadi vəziyyət onu “qısa bir gecədən sonra yorğun adam” ilə müqayisə etməyə imkan verir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

Nazirin bəyanatı Almaniyanın “Avropanın xəstə adamı” ilə müqayisəsinə cavab kimi dəyərləndirilir. Bu etiket Almaniyada işsizliyin artdığı və ixracın azaldığı 21-ci əsrin əvvəllərində ölkəyə münasibətdə istifadə edilmişdir.

Mütəxəssislər 2023-cü ildə yenidən oxşar paralellər aparmağa başlayıblar. Mövzu Beynəlxalq Valyuta Fondunun (BVF) analitiklərinin proqnozu fonunda aktuallaşıb - Almaniya çox güman ki, 2023-cü ilin sonuna qədər ÜDM-i azalacaq G7 ölkələrindən yeganə birinə çevriləcək.

Hazırda Almaniya iqtisadiyyatı böhran içərisindədir. Ölkənin federal statistika idarəsinin məlumatına görə, onun ÜDM-i ötən illə müqayisədə 0,3 faiz azalıb və ölkə 2023-cü ilin sonunda tənəzzüllə üzləşib.

Lakin "Bundesbank"ın rəhbəri Yoahim Naqel Almaniyaya münasibətdə belə etiketlərdən istifadəni yanlış adlandırıb. Onun proqnozlarına görə, 2024-cü ildə vəziyyət yaxşılaşacaq və Almaniyanın iqtisadi göstəriciləri artmağa başlayacaq.

NƏRGİZ