Nənə yeni doğulan nəvəsini oğurlayaraq satdı

 16:47 19.01.2024     226

Hindistanlı qadın qızından uşağı oğurlayaraq başqa valideynlərə satıb.

Redaktor.az xəbər verir ki, bu barədə News9Live məlumat yayıb.

Uttar Pradeş ştatının Böyük Noida şəhərindən olan Babita adlı nənə 2023-cü ilin mayın 10-da nəvəsini qaçırıb. Yeni doğulan körpənin anası Şivanqi bildirib ki, həmin gün əri ilə birlikdə dərman almağa gedib və anasından körpəyə baxmağı xahiş edib. Cütlük qayıdanda evdə nə oğlu, nə də nənəsi olmayıb.

Babitə uşağı oğurlayaraq bir qadına təhvil verib, qadın isə onu həkimə verib. Ortaqların köməyi ilə uşaq Amarvir adlı şəxsə 200 min rupiyə satılıb. Babitə cinayətə görə 50 min rupi alıb.

Bir müddət sonra polislər nənəni yaxalayaraq həbs edə biliblər. O, etdiklərini etiraf edib. Uşaq oğurlandıqdan 8 ay sonra anasına qaytarılıb: "Tanrı dualarımı eşitdi və uşağımı sağ-salamat qaytardı", - Şivanqi bildirib.

NƏRGİZ