ABŞ-də təyyarə eniş zamanı qarda sürüşdü

 22:43 19.01.2024     216

ABŞ-nin Filadelfiya ştatından havaya qalxan “American Airlines” aviaşirkətinə məxsus Embraer E145 model təyyarəsi təxminən 1 saat gecikmə ilə Nyu York hava limanına eniş edərkən buzda sürüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Aviaşirkətin sözçüsü bildirib ki, bölgədə qarlı hava şəraiti səbəbindən uçuş-enmə zolağında hərəkət edən təyyarə eniş zolağından kənarda qarla örtülmüş torpaq sahəsinə sürüşüb.

Qeyd edib ki, təyyarəyə təcili yardım qrupları cəlb olunub və 53 nəfər təxliyə edilib.