AB-dən HƏMAS-a növbəti sanksiya

 11:30 20.01.2024     204

Avropa Birliyi (AB) HƏMAS-a qarşı sanksiya paketi hazırlayır.

Redaktor.az  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, yeni paketə görə, HƏMAS-ın maliyyələşdirilməsi ilə əlaqəsi olan 6 şəxsə qarşı sanksiyalar tətbiq olunacaq.

Digər bir məlumata görə, sanksiya paketinə daxil edilən 4 nəfərin adları da bəlli olub. Onlar - Əbdül Basit Həmzə əl-Həsən Məhəmməd Xeyr, Nabil Şoman, Rida Əli Xamis və Musa Dudin Əhməd əl-Duveikdir.