Türkiyədə də zəlzələ baş verdi
Türkiyənin Sivas vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) yeraltı təkanlar yerli vaxtla saat 01:27-də qeydə alındığını açıqlayıb.
Yeraltı təkanların episentri Quryun rayonu olub.
Zəlzələnin ocağı 5,33 km dərinlikdə yerləşib.
Qeyd eək ki, ötən gün yerli vaxtla saat 22:05-də Azərbaycanda 5 bal gücündə zəlzələ olmuşdu.