İsrail Suriyaya zərbə endirdi, SEPAH üzvü öldü
İsrailin bu gün Suriyanın paytaxtı Dəməşqə zərbə endirməsi nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Daha bir neçə nəfərin yaralandığı bildirilir.
Bundan əvvəl isə, Suriyanın “SANA” dövlət agentliyi İsrailin Dəməşqdə Al-Mezza bölgəsində bir binaya zərbə endirdiyini yazıb. Sözügedən binanın Suriya hökumətini dəstəkləyən iranlı müşavirlər tərəfindən istifadə edildiyi iddia olunur. Binanın zərbə nəticəsində tamamilə dağıldığı vurğulanıb.