Göyərtəsində ilk türkiyəli astronavt olan kosmik gəmi BKS-yə çatdı

 15:59 20.01.2024     297

“SpaceX”in “Crew Dragon” kosmik gəmisi “Axiom” kommersiya proqramının bir hissəsi olaraq Beynəlxalq Kosmik Stansiyasına (BKS) yanaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

“Crew Dragon”un heyətində Türkiyənin ilk astronavtı olan Alper Gezeravcı da var. Heyətə türkiyəli astronavtla yanaşı, ispaniyalı astronavt Maykl Lopez-Aleqria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyinin isveçli astronavtı Markus Vandt daxildir.

Onlar təxminən iki həftə ərzində stansiyanın hazırkı heyəti ilə birlikdə 30 elmi təcrübə keçirəcəklər.

Xatırladaq ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.