Qəzzadakı müharibə üçün yeni plan

 18:00 20.01.2024     256

Avropa İttifaqının xarici siyasət bürosu Qəzza zolağında silahlı münaqişənin həlli üzrə on bəndlik planın ilkin variantını hazırlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə"Euractiv" nəşri məlumat yayıb.

Plan Avropa İttifaqının xarici işlər nazirlərinin yanvarın 22-də keçiriləcək görüşündə müzakirə olunacaq.

Sənəddə deyilir ki, “fəal beynəlxalq iştirak olmadan” münaqişə tərəfləri sülh danışıqlarına başlamayacaqlar. 

Sənəddə Aİ, ABŞ, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Ərəb Dövlətləri Liqası və BMT-nin iştirakı ilə “sülh konfransı”nın keçirilməsinin zəruriliyi göstərilir.

Konfransdan sonra iştirakçılar bir il ərzində yekun danışıqlar üçün münaqişə tərəflərinə təqdim olunacaq sülh planının çərçivəsini hazırlayacaqlar.