ABŞ husilərə məxsus raketi məhv etdi

 21:35 20.01.2024     236

ABŞ Yəmənin “Ənsar Allah” (husilər) qruplaşması tərəfindən Ədən körfəzinə yönəlmiş gəmi əleyhinə raketi məhv edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edildiyi kimi, ABŞ qüvvələri özünümüdafiə məqsədilə raketi vurub.

Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstində əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.