Rusiyada bir ailə dəm qazından öldü
Rusiya Federasiyasının Tula vilayətindəki evdə qaz sızmasından ailənin bütün üzvləri ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Hadisə zamanı üç nəfərin meyiti evdə aşkarlanıb.
Müstəntiqlər ölümün ilkin səbəbinin dəm qazından olduğunu güman edirlər.
Hadisənin baş vermə şəraiti araşdırılır.