Hakan Fidan Nyu-Yorka gedəcək

 15:40 21.01.2024     233

Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün yanvarın 23-də Nyu-Yorka gedəcək.

Redaktor.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada bu sözlər yer alıb:

“Nazirimiz BMT Təhlükəsizlik Şurasının 23 yanvar 2024-cü ildə Fələstinlə bağlı keçiriləcək iclasında iştirak etmək üçün Nyu Yorka səfər edəcək.

Nazirimizin səfərlə bağlı ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur”.