Donetskdə bazar atəşə tutuldu, 25 nəfər həlak oldu

 16:10 21.01.2024     274

Ukrayna Silahlı Qüvvələrinin işğal altında olan Donetsk şəhərindəki “Merkuri” qapalı bazarını atəşə tutması nəticəsində 25 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşılin deyib.

Onun sözlərinə görə, ən azı 20 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti orta ağırdır: “Bütün yaralılara lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralılar da var, bir çoxunun həyati orqanları ciddi zədələnib”.