Pakistanda son 10 gündə 42 uşaq pnevmoniyadan ölüb

 17:28 21.01.2024     228

Pakistanın Pəncab əyalətində hava şəraitinin kəskin pisləşməsi səbəbindən son 10 gündə 42 uşaq pnevmoniyadan ölüb.

Redaktor.az TRT Haber-ə istinadən xəbər verir ki, Pakistanın Pəncab əyalətində müşahidə olunan sıx duman həyata mənfi təsir göstərir.

Əyaləti bürüyən duman səbəbindən pnevmoniya hallarında artım var.

Pəncab əyalətində son 10 gündə 42 uşaq pnevmoniyadan ölüb.

Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada sətəlcəm hallarında ciddi artım müşahidə edildiyi və yüzlərlə uşağın sətəlcəmdən müalicə edildiyi qeyd edilib.

Dünən 668 sətəlcəm hadisəsinin aşkar edildiyi qeyd edilən açıqlamada, əyalətdə pnevmoniya hadisələrinin sayının 7 min 700-ə yüksəldiyi bildirilib.