Türkiyə və Omanın XİN başçıları Qəzzanı müzakirə etdilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan və omanlı həmkarı Seyyid Bedr Əl-Busaidi arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Telekanalına məlumatına görə, XİN başçıları Qəzzadakı vəziyyəti, habelə regional təhlükəsizlik mövzuları ilə yanaşı ölkələr arasında əməkdaşlıq sahələri ətrafında fikir mübadiləsi aparıblar.