Netanyahu fələstinlilər üçün dövlət yaratmaq ideyasını rədd etdi
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı fələstinlilər üçün dövlət yaradılması ideyasını rədd edib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.
İsrail hökuməti başçısının nümayəndəsinin sözlərinə görə, Netanyahu suveren Fələstin dövləti yaratmaqdan imtina edib, çünki bu qərar İsrailin təhlükəsizlik zəmanətlərinə ziddir.
“Baş nazir Netanyahu prezident Baydenlə söhbətində HƏMAS-ın məhv edilməsindən sonra İsrailin Qəzza zolağına nəzarəti saxlamalı olduğu siyasətini bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.