Parisdə Eyfel qülləsinin qarşısında mitinq başladı
Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin yaxınlığında minlərlə insan aksiya keçirir.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, sakinlər miqrasiya qaydalarını sərtləşdirən yeni qanunlara etiraz etmək üçün küçələrə axışıblar. Onlar bu qanunların ləğvini tələb edirlər.
Sözügedən mitinqdə bir sıra partiya üzvləri də iştirak edir.