Türkiyənin xarici işlər naziri Nyu-Yorka gəldi
Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı iclaslarında iştirak etmək üçün Nyu-Yorka gəlib.
Redaktor.az bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
"Xarici işlər naziri Fidan 2024-cü il yanvarın 23-də Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının Fələstin üzrə iclasında iştirak edəcək. Fidanın Nyu-Yorkda ikitərəfli görüşləri də gözlənilir", - agentliyin həmsöhbəti vurğulayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Nyu-Yorka səfər edib. O, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq və Ukrayna ilə bağlı iclaslarında iştirak edəcək.
NƏRGİZ