Tramp ABŞ-ı iradəsini itirmiş ölkə adlandırdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsinin inamını, iradəsini və əvvəlki gücünü itirdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı Tramp bildirib ki, prezident seçkilərində qalib gəlsə, ABŞ “yenidən böyük ölkəyə çevriləcək”.
“Biz Amerika üçün heç kimin etmədiyi kimi mübarizə aparacağıq. 2024-cü il son döyüşümüzün ili olacaq”.
Bundan əvvəl Ağ Evin keçmiş kommunikasiya direktoru və Trampın keçmiş müşaviri Entoni Skaramuççi bildirib ki, siyasətçinin prezident seçkilərində mümkün qələbəsi Avropa üçün ciddi problemə çevrilə bilər.
Eyni zamanda, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson bildirib ki, ABŞ-ın keçmiş prezidentinin dövlət başçısı postuna qayıdışı bütün dünyanın hazırda ehtiyac duyduğu şey ola bilər.
Həmidə İBRAHİMLİ