Ukraynada döyüşən fransız muzdluları haqqında son məlumatlar
SOS Donbass humanitar təşkilatı ilə əməkdaşlıq edən fransız könüllülər, Ukrayna qüvvələrinin tərəfində döyüşən 13 nəfərin siyahısını hazırlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Anna Novikova məlumat verib.
"Vəziyyəti izləyən və bu siyahını bu axşam göndərən bir qrup fəalımız var". Novikovanın sözlərinə görə, hazırda həmin muzdluların statusu - onların sağ və ya ölü olması, eləcə də onların şəxsiyyətləri və ola bilsin ki, bu siyahıya əlavə olunacaq yeni adlar barədə daha ətraflı məlumatlar dəqiqləşdirilir.
Bildirək ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələri əksəriyyəti fransız olan Xarkovda müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqliklə zərbə endirib. Zərbə nəticəsində 60-dan çox yaraqlı öldürülüb, 20-dən çoxu yaralanıb.
Fransa Xarici İşlər Nazirliyi Rusiya tərəfinin bəyanatlarına münasibət bildirmək sorğusuna cavab olaraq öz vətəndaşlarının ölümünü təsdiq və ya təkzib etmədən Ukraynada fransız muzdlularının olmadığını şərh etməklə kifayətlənib. Fransanın Silahlı Qüvvələr naziri Sebastiyen Lekornu yanvarın 19-da deyib ki, demokratik ölkə öz qeyri-hərbi vətəndaşlarına Kiyevin tərəfində döyüşmək üçün könüllü olaraq Ukraynaya getməyi qadağan edə bilməz. O vurğulayıb ki, vətəndaşlar karyeralı hərbi qulluqçu deyilsə və Fransanın hərbi qurumları ilə əlaqəsi yoxdursa, qadağa tətbiq edilə bilməz.
NƏRGİZ