Bu ölkələr Əfqanıstanla bağlı görüş keçirməyə hazırlaşır
Rusiya, Çin, İran və Pakistan Əfqanıstanla bağlı görüş keçirməyə hazırlaşır, bu, yanvarın sonuna qədər baş tuta bilər.
Redaktor.az xəbər verir ki, bunu TASS-a Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
“Görüş (Rusiya, Çin, İran və Pakistan formatında) hazırlanır, baş tutacaq”, - diplomat bildirib. Kabulov qeyd edib ki, onun konkret keçirilmə tarixi və yeri daha sonra açıqlanacaq. Bununla belə, o, hadisənin yanvarın sonuna qədər baş tutacağına ümid etdiyini bildirib.
O, həmçinin İran və Pakistan arasında zərbə mübadiləsi ilə bağlı vəziyyətin görüş hazırlığına təsir etməyəcəyinə işarə edib. "Xeyr, belə qorxular yoxdur", - Kabulov müvafiq suala cavab verib.
T.İSMAYIL