Kursk vilayətində sərhəd bölgəsindən ailələr köçür

 14:41 22.01.2024     200

Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin atəşi altında olan sərhədyanı rayonların sakinlərini bölgə daxilində məskunlaşdırmaq üçün çalışırıq, bir neçə yüz ailə də oxşar istəyi ifadə edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib.

"Biz hər kəsə bu fürsəti təklif edirik. Ötən ilin sonunda sərhəddən uzaqlaşmaq üçün federal büdcədən vəsait ayrıldı. Bir neçə yüz ailə razılaşıb və yerdəyişməni həyata keçiririk".

Qeyd edək ki, 2023-cü ilin dekabrında rayon rəhbəri qeyd edib ki, rayonun sərhədyanı sakinlərinin köçürülməsinə dövlət orqanları kömək edəcək. Müraciətlərə fərdi qaydada baxılıb.

Kursk vilayətinin ərazisinin mühafizəsi üzrə gücləndirilmiş tədbirlər müddətində terror təhlükəsinə görə infrastruktur və təhsil müəssisələrinin mühafizəsi, dəmir yolu və avtovağzallarda yoxlama işləri gücləndirilib, 25 yanvar 2024-cü il tarixinədək pilotsuz uçuş aparatlarından istifadə, pirotexniki məmulatlardan istifadə qadağan edilib.

NƏRGİZ