Podolyakın şərtləri "dəlinin çılğınlığı"dır - Hakimiyyət dəyişikliyinə səbəb olacaq

 15:16 22.01.2024     236

Polşanın “Mysl Polska” jurnalının köşə yazarı Adam Smex Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın Rusiya ilə sülh danışıqlarının başlanmasının ilkin şərtləri ilə bağlı Ukrayna rəhbərliyinin mövqeyini “təxribat” adlandırıb. 

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.

"Bunlar artıq ən realist və rasional siyasət təklifləri deyil. Onlar dərmanlarını dayandırdıqdan sonra daha da pisləşən dəli insanların çılğınlığıdır", - Smex yazır.

O əlavə edib ki, belə bir mövqe Ukrayna xalqı üçün “dəhşətli nəticələrə” gətirib çıxara bilər və ukraynalıları ölkələrində hökuməti dəyişməyə çağırır.

Qeyd edək ki, yanvarın 20-də Podolyak Kiyevin Moskva ilə danışıqlara başlamağa hazır olduğu şərtlərini açıqlayıb. Bu şərtlər arasında o, "Rusiyanın taktiki məğlubiyyətini" göstərib.

NƏRGİZ