Əfqanıstanda qəzaya uğrayan təyyarədə iki rusiyalı həlak oldu

 15:44 22.01.2024     248

Əfqanıstanda qəzaya uğrayan Falcon 10 təyyarəsinin göyərtəsində olan iki rusiyalı həlak olub.

Redaktor.az Rusiya mediasına istinadən xəər verir ki, məlumatı Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov təsdiqləyib.

Agentliyin digər həmsöhbəti dəqiqləşdirib ki, yanvarın 23-də həlak olan sərnişinlərin cəsədlərini götürmək üçün Kabildən xüsusi reys göndəriləcək.

Falcon 10-un qəzaya uğraması yanvarın 21-də məlum olub. Hindistandan Moskvaya tibbi uçuş həyata keçirən təyyarə Əfqanıstan dağlarında qəzaya uğrayıb. Qəzaya səbəb texniki nasazlıq olub - uçuş zamanı iki mühərrik sıradan çıxıb. Təyyarədə iki pilot, iki tibb işçisi və iki sərnişin olub.

Daha əvvəl bildirilmişdi ki, təyyarə qəzasında sağ qalan 4 ekipaj üzvü Kabilə aparılıb. Orada hərbi hospitalda müayinədən keçirlər. Gələcəkdə onların Moskvaya göndərilməsi məsələsi həll olunacaq.

NƏRGİZ