Aİ-nin 7 milyard avrodan çox borcu yığıldı
Avropa İttifaqı Ukraynaya silah tədarük edən üzv ölkələr üçün 7,16 milyard avro məbləğində kompensasiya borcu toplayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə El Pais qəzeti İcmanın Xarici Əlaqələr Xidmətinin sənədinə istinadən məlumat yayıb.
Onun versiyasına görə, Ukraynanın Qərb silahlarından asılılığı getdikcə kəskinləşir. Brüssel Ukraynaya yardım fondunun yaradılması üzrə işləri yekunlaşdırır. Söhbət ildə 5 milyard avronun ayrılmasından gedir.
Qeyd olunur ki, təşəbbüs həm də Ukraynaya tədarük olunan materiallara görə icma üzvləri üçün kompensasiya dərəcələrini müəyyən edəcək. Qəzetin istinad etdiyi sənəddə fondun fəaliyyətə başlaması üçün çərçivələr müəyyən edilir və bu geri qaytarılmaların daha sərt şərtlərlə həyata keçirilməli olduğu bildirilir. Diplomatik mənbə qeyd edib ki, kompensasiyanın gecikdirilməsi bu sistem vasitəsilə çatdırılmanı çətinləşdirə bilər. "Ukraynaya hərbi yardımın proqnozlaşdırıla bilən və strukturlaşdırılmış şəkildə göstərilməsi ilə bağlı qeyri-müəyyənlik mühüm nəticələrə səbəb olacaq", - sənəddə aydınlıq gətirilir.
Qəzetin yazdığına görə, Kiyev və Qərb Ukraynanın əks-hücumunun uğursuzluğundan sonra uzunmüddətli münaqişəyə hazırlaşır. Nəşr aydınlaşdırır ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri rotasiya olmadığı üçün taqətdən düşdüyündən cəbhədə vəziyyət çətindir.
“The Wall Street Journal”ın xəbərinə görə, Aİ plan hazırlayıb ki, ona əsasən Avropa ölkələri yaxın 4 il ərzində Kiyev hakimiyyətinə 20 milyard avrodan çox hərbi dəstək verə bilər. Bu, yeni fondun yaradılmasını nəzərdə tutur. Avropa Sülh Fondunun 2022-ci ildə yaradılandan 6,5 milyard və əlavə olaraq 2024-cü ildən 2027-ci ilə qədər ona 5 milyard avro kredit veriləcək.
Yeni fond Aİ ölkələrinin Kiyev hakimiyyətinə hərbi yardım göstərilməsi, o cümlədən döyüş sursatı, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə vasitələrinin alınması xərclərini kompensasiya edəcək. Fondun qalan hissəsi Ukrayna qoşunlarının döyüş hazırlığı proqramlarının xərclərini ödəyəcək. Təşəbbüs bu il Aİ ölkələri üçün 7,5 milyard avroya qədər kompensasiya nəzərdə tutur.
NƏRGİZ