“Bu gün Qərb ruslara uduzur” - Slovakiyanın vitse-spikeri

 16:28 22.01.2024     253

Slovakiya Milli Şurasının (birpalatalı parlament) sədr müavini Lubos Blaha NATO-nun Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıdığını bildirib.

Redaktor.az xəbər verir ki, o, müvafiq mesajı "Telegram" kanalında yerləşdirib.

“Əgər amerikalılar NATO ilə birlikdə Rusiyanın sərhədlərinə yaxınlaşmasaydılar, müharibə olmazdı”, - deyə siyasətçi yazıb: “Bu gün Qərb ruslara uduzur”.

Sosial Demokrat Blaha Slovakiyanın Baş naziri və onun partiya lideri Robert Fikonun Ukraynadakı vəziyyətlə bağlı mövqeyini dəstəkləyib. Vitse-spikerin qeyd etdiyi kimi, hökumət başçısı və İstiqamət - Sosial Demokratiya Partiyası həqiqəti deyir ki, Ukrayna ABŞ-ın tam nəzarəti altındadır və onun NATO-ya üzv ola bilməyəcəyinə inanır.

Parlament sədrinin müavini Fikonun çərşənbə günü Ujqorodda ukraynalı həmkarı Denis Şmıqalla görüşəcəyinə də toxunub. "O, Ukraynanın baş nazirinə bunu üzünə deyəcək - qoy uşaqlar nəhayət oyansınlar", - Blaxa yazıb.

Turan İSMAYIL