Polşanın Baş naziri Ukraynaya kömək vəd etdi

 18:19 22.01.2024     231

Polşanın Baş naziri Donald Tusk Kiyevə səfəri zamanı Polşa hökumətinin Ukraynanın bərpası üzrə komissarının təyin olunduğunu açıqlayıb.

Redaktor.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, Tusk bu barədə Kiyevə səfəri zamanı danışıb.

Onun sözlərinə görə, Seymin deputatı Pavel Koval Polşa hökumətinin Ukraynanın bərpası üzrə nümayəndəsi təyin olunacaq. O, Xarici Əlaqələr Komitəsinə rəhbərlik edir.

"Mənim nümayəndə heyətimdə hökumətin Ukraynanın yenidən qurulması üzrə komissarı təyin edəcəyi cənab Pavel Koval da var. Biz təkcə Rusiya ilə müharibədə Ukraynaya kömək etməkdə deyil, həm də yenidənqurma prosesində fəal iştirak etmək istəyirik", - Tusk bildirib.

Xatırladaq ki, Tusk bu gün Kiyevə səfərə gəlib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. 

Qeyd edək ki, Rusiyanın 2022-ci ildəki genişmiqyaslı işğalından sonra Ukraynaya çoxlu sayda ölkə kömək edir.

Turan İSMAYIL