Bill Qeyts bunu Amerika üçün qorxulu adlandırdı

 18:31 22.01.2024     249

ABŞ-da populizmin artması Amerika siyasi sisteminin davamlılığı ilə bağlı narahatlıqları artırır.

Redaktor.az xəbər verir ki, bunu “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts “The Rest Is Politics” podkastında deyib.

"Bizdə populizmin olması bir az qorxuludur. Bu, gözlənilən idi, lakin bu, özünü seçkilərin nəticələrini tanıya bilməmək və hökumətin işi ilə bağlı normaları dəyişdirmək istəyi şəklində göstərdi. Noyabrda bizi böyük seçkilər gözləyir”, - iş adamı Böyük Britaniyanın keçmiş beynəlxalq inkişaf naziri Rori Stüart və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin keçmiş mətbuat katibi Alister Kempbelllə müsahibəsində deyib.

Eyni zamanda, Qeyts həm Demokrat, həm də Respublikaçılar partiyasından olan ABŞ prezidentləri ilə yaxşı işgüzar əlaqələrinin olduğunu qeyd edib. "Mən həmişə hər bir administrasiya ilə işləmişəm. Demokrat prezidentlər və Respublikaçı prezidentlərlə yaxşı işləmişəm" - o deyib.

Eyni zamanda, xeyriyyə fondunun köməyi ilə Afrikada sağlamlıq layihələri həyata keçirən iş adamı Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə bu təşəbbüslərin taleyi ilə bağlı narahatlığını bildirib. O xatırladıb ki, ABŞ-ın 45-ci prezidentinin administrasiyası İİV-lə mübarizə üzrə beynəlxalq proqramların maliyyəsini azaltmağa çalışıb, lakin Konqres bu istəklərin qarşısını alıb: “Düşünürəm ki, növbəti dəfə vəziyyət başqa cür bitə bilər".

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 25 aprel 2023-cü ildə Demokratlar Partiyasını təmsil edən hazırkı Amerika lideri Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqlayb. 2017-2021-ci illərdə dövlət başçısı vəzifəsini icra edən Respublikaçı Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını açıqlayıb.

Turan İSMAYIL