Ruslar və ukraynalılar Krımda sülh şəraitində yaşayırlar - Lavrov
Krımda ruslar və ukraynalılar bir-biri ilə dinc yanaşı yaşayırlar.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətə həsr olunmuş iclasında deyib.
"Kiyev təbliğatçılarının proqnozlarının əksinə olaraq, ruslar, ukraynalılar və digər millətlər orada sülh və harmoniya şəraitində yaşayırlar", - deyə o bildirib.
Yusif EYVAZLI