Bir yaş yarımlıq qızın üzərinə damdan buz düşdü - Əməliyyat olundu

 21:33 22.01.2024     339

Moskvada evin damından üzərinə buz tökülən kiçik qızın vəziyyəti stabildir, reanimasiyadadır.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Moskvanın Uşaq Hüquqları üzrə Müvəkkili Olqa Yaroslavskaya məlumat verib.

"Dünən damdan buz düşən qız əməliyyat olunub, vəziyyəti stabildir. O, əməliyyatdan sonra reanimasiyadadır. Həkimlərin proqnozları tam sağalmağa ümid verir", - Yaroslavskaya bildirib.

Yusif EYVAZLI