Çində güclü zəlzələ oldu

 23:07 22.01.2024     255

Çində Qırğızıstan və Qazaxıstanla sərhəddə 7 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Çinin Aksu qraflığından 121 km qərbdə və Almatıdan 270 km cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 9 km dərinlikdə olub.