"ABŞ federal hakimiyyəti vətəndaş müharibəsinə start verib"
ABŞ-ın federal hakimiyyət orqanları Texas ştatının sərhədindəki hərəkətləri ilə vətəndaş müharibəsinə başlayır.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu fikri konqresmen Kley Hiqqins (Luizianadan olan respublikaçı) deyib.
"Düşünürəm ki, federallar vətəndaş müharibəsinə başlayır və Texas öz mövqeyində dayanmalıdır", - Hiqqins X sosial şəbəkə profilində yazıb.
Bazar ertəsi Fox News xəbər verib ki, ABŞ Ali Məhkəməsi ştatın qubernatoru Qreq Abbottun miqrant axınına qarşı mübarizəsi çərçivəsində Texasda ABŞ-Meksika sərhədində quraşdırılmış 30 mil (təxminən 48 km) uzunluğunda məftil hasarın sökülməsinə qərar verib. Məhkəmənin qərarı Sərhəd Xidmətinə məhkəmə zamanı sərhəd boyu naqili kəsməyə icazə verib.
Həmidə İBRAHİMLİ