"Nikolun əziyyət çəkdiyi ən böyük virus xəyanətdir"

 11:03 23.01.2024     174

"Hökumət məktəbdə “Erməni xalqının tarixi” fənninin “Ermənistan tarixi” adlandırılmasını təklif edir".

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

Bu cəfəngiyatı uzun müddət şərh etmək istəmirəm - bu, psevdodövlət yönümünün və xalqımızın tarixindən xəbərsizliyin nəticəsidir.

Nikolun əziyyət çəkdiyi ən böyük virus xəyanətdir. 

Bildirək ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi “Erməni tarixi” fənninin adının “Ermənistan tarixi” olaraq dəyişdirilməsini təklif edib və müvafiq layihəni hüquqi sənədlərin dərci üçün vahid internet saytında dövriyyəyə təqdim edib.

NƏRGİZ