"Yer üzündə vəziyyət onların xeyrinə deyil" - Zaxarova

 11:10 23.01.2024     215

Qərb döyüş meydanında vəziyyətin Ukraynanın xeyrinə olmadığı fonunda Rusiyaya ünvanlanan bəyanat və şüarları “öz informasiya dünyasında” dəyişməyə başladı.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomatın qeyd etdiyi kimi, Qərb nümayəndələri “bir neçə aydır ki, hər şeyin yerlərdə həll edilməli olması barədə danışırlar”.

"Yer üzündə vəziyyət yumşaq desək, onların xeyrinə deyil. Bu, onları çıxılmaz vəziyyətə salıb. İndi onlar hansısa hibrid formullar icad etməlidirlər", - deyə Zaxarova qeyd edib.

NƏRGİZ