240 minə yaxın sakin Mariupola geri qayıtdı
Mariupolun əhalisi şəhərin bərpası fonunda artmaqda davam edir, hazırda burada 240 minə yaxın insan yaşayır.
Redaktor.az xəbər verir ki, bunu Mariupol administrasiyasının rəhbəri vəzifəsini icra edən Oleq Morqun bildirib.
"Bu rəqəm 230 mindən çoxdur, təxminən 240 min nəfərdir. Bu, döyüş əməliyyatları başlamazdan əvvəl burada, Mariupol şəhərində olan əhalinin düz yarısıdır. Təəssüf ki, şəhərə çox ciddi ziyan dəyib, çoxlu insan oranı tərk edib”, - deyə Morqun bildirib.
Mariupol merinin səlahiyyətlərini icra edən əlavə edib ki, Rusiya Baş nazirinin müavini Marat Xusnullinin tapşırığına əsasən, şəhərin bərpası sürətləndirilmiş templə davam etdiriləcək.
NƏRGİZ