Bolton Baydenə təzyiq göstərməyə çağırdı

 12:32 23.01.2024     203

ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton respublikaçıları çox yumşaq hesab etdiyi İran siyasətinə görə ABŞ prezidenti Co Baydenə təzyiq göstərməyə çağırıb.

Redaktor.az bu barədə The New York Post-a istinadən xəbər verir.

“İran oktyabrın 7-dən bəri heç ağrı hiss etməyib. Əgər Bayden administrasiyası baş verənləri görmürsə və bir növ çəkindirmənin bərpa edilməsinin lazım olduğunu başa düşmürsə, nə edə biləcəyimizi bilmirəm".

Belə ki, Bolton şiə qiyamçı qrupların Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinə qarşı 151 hücumuna cavab tələb edib. Keçmiş müşavir deyib ki, İran Yaxın Şərqdəki bütün bu zorakılıqların arxasındadır və respublikaçılar bu ilki seçki kampaniyası zamanı bu məsələdən istifadə etməlidirlər.

Qeyd edək ki, müxtəlif şiə qruplarının Suriya və İraqdakı Amerika hərbi bazalarına hücumları İsraillə islamçı HƏMAS qruplaşması arasında münaqişənin başlamasından sonra intensivləşib. ABŞ prezidenti Co Bayden administrasiyası bu hücumların təşkilində İranın əli olduğunu etiraf edir.

NƏRGİZ