Əfqanıstanda qəzaya uğrayan təyyarənin pilotunu həbs gözləyir
Əfqanıstanda qəzaya uğrayan "Falcon 10" biznes-jetinin pilotu Arkadi Qraçov həbs olunmaq təhlükəsi ilə üzləşib.
Redaktor.az bu barədə Mash Telegram kanalına istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, qəzaya uğrayan təyyarənin sahibi Athletic Group şirkəti pilotun həyat yoldaşı Yekaterina Aqapovaya məxsusdur. Lakin qurumun sərnişindaşıma üçün lisenziyası olmayıb və bu, heç vaxt həyata keçirməyib. Uçuşları qanuniləşdirmək üçün aviatorlar Qraçovun özünə və ikinci pilot Dmitri Belyakova məxsus “Jet Aero” MMC-dən istifadə ediblər.
Versiyalardan birinə görə, "Falcon 10" Hindistanda yanacaq doldurarkən yanlış yanacaq hesablamalarına görə qəzaya uğrayıb. Bildirilib ki, pilotların bu tip təyyarələrdə minimum uçuş vaxtı olub. Mash-ın sözlərinə görə, vəziyyəti qar fırtınası və güclü külək çətinləşdirə bilərdi, buna görə də təyyarənin öz xəttindən çıxaraq Əfqanıstanın hava məkanına daxil olması ehtimal edilir.
“Bu məlumatlarla yanaşı, hüquq-mühafizə orqanları əməkdaşları “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə də iş açıblar”, - nəşr yazır.
Bu maddə ilə verilə biləcək maksimum cəza 10 ildir.
NƏRGİZ