Rusiyadan MDB ölkələrinə TƏKLİF
Rusiya Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini ABŞ-nin hərbi bioloji fəaliyyəti fonunda regional bioloji təhlükəsizlik sisteminin genişləndirilməsini müzakirə etməyə dəvət edir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasında deyib.
“Biz biotəhlükəsizliyin təmin edilməsi sahəsində sıx əməkdaşlığa sadiqik. Bu sahə ABŞ-nin aşkar edilmiş hərbi bioloji fəaliyyəti, Bioloji və Toksin Silahları Konvensiyasının pozulması faktları fonunda xüsusi əhəmiyyət kəsb edib. Alınan məlumatlara görə, onlar "Pentaqon və əlaqəli təşkilatların köməyi ilə Birlik sərhədlərinə yaxın ərazidə bioloji silah komponentlərinin yaradılmasını göstərirlər. Mən regional bioloji təhlükəsizlik sisteminin genişləndirilməsi, o cümlədən, müvafiq qanunvericilik bazası yaradılması, bioloji təhlükəsizlik sisteminin formalaşdırılması haqqında birgə düşünməyi təklif edirəm”, - Pankin əlavə edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, ABŞ Rusiya ətrafında laboratoriyalar şəbəkəsi yerləşdirib və orada onlar da slavyanların biomaterialları ilə təcrübələr aparırlar; Mərkəzi Rusiyanın biotəhlükəsizliyinə əsas təhlükə, onun fikrincə, məhz Vaşinqtonun fəaliyyətindən irəli gəlir.
Turan İSMAYIL