"Ordumuz yaşayış məntəqələrini, mülki əhalini vurmur” - Peskov
Rusiya Silahlı Qüvvələrinin Kiyev və Xarkovdakı hədəflərə endirdiyi raket zərbəsi Ukrayna Silahlı Qüvvələrinin Donetsk bazarında dinc sakinləri vuran terror aktına cavab sayıla bilməz.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Xeyr, mümkün deyil" deyən Kreml nümayəndəsi Rusiya raketlərinin kütləvi zərbəsini Ukrayna Silahlı Qüvvələrinin Donetsk bazarına hücumuna cavab hesab etmək olarmı sualına cavab verib.
“Biz xüsusi hərbi əməliyyatımızı davam etdiririk və ordumuz Kiyev rejimindən fərqli olaraq sosial obyektləri və yaşayış məntəqələrini vurmur, mülki əhalini vurmur”, - Peskov vurğulayıb.
Turan İSMAYIL