İsrail əsgərləri Xan Yunis qəsəbəsini mühasirəyə alıb

 13:51 23.01.2024     163

İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinin mühasirəsini başa çatdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Son 24 saat ərzində İsrail qoşunları genişmiqyaslı əməliyyat keçirib, bu zaman onlar Xan Yunisi mühasirəyə alıblar və bu ərazidə əməliyyatı dərinləşdiriblər. Bu ərazi Xan Yunis briqadasının HƏMAS-ın mühüm qalasıdır" - açıqlamada deyilir.

Mətbuat xidmətinin məlumatına görə, bundan əlavə, Fələstin anklavında “son 24 saat ərzində Hərbi Hava Qüvvələri ilə koordinasiyalı olaraq İsrail Müdafiə Qüvvələrinin quru qüvvələri tərəfindən onlarla terrorçu öldürülüb”.

"İsrail Müdafiə Qüvvələrinin quru qoşunları yaxın döyüşlər aparıb, hava qüvvələrinin zərbələrini əlaqələndirib və atəşi koordinasiya etmək üçün kəşfiyyat məlumatlarından istifadə edib, nəticədə onlarla terrorçu öldürülüb”, - açıqlamada bildirilir.

Turan İSMAYIL