Rusiya MN Ukrayna hərbi-sənaye kompleksini vurduğunu AÇIQLADI
Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinin raket, sursat və partlayıcı maddələr istehsal edən obyektlərinə yüksək dəqiqlikli silahlarla qrup şəklində zərbə endirib.
Redaktor.az-ın TASS-a istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildirib ki, zərbənin hədəfinə nail olunub.
“Bu gün səhər Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinin raketlər və onlar üçün komponentlər, döyüş sursatları, habelə onların istehsalı ilə məşğul olan obyektlərinə yüksək dəqiqlikli, uzaqmənzilli hava və yerüstü silahlardan qrup şəklində zərbə endirib. Zərbənin məqsədinə nail olunub. Bütün təyinatlı obyektlər vurulub”, - deyə hərbi idarədən bildiriblər.
Turan İSMAYIL