Türkiyə sahillərində tapılan cəsədlər kimindir?
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son 6 gündə Antalya və Muğlada ümumən 9 cəsədin tapılması ilə bağlı məlumat paylaşıb.
Redaktor.az xəbər verir ki, o, sahildə tapılan cəsədlərlə bağlı şəxsiyyət təsbiti ilə bağlı araşdırmaların aparıldığını bildirib.
Meyitlərdən birinin bir müddət əvvəl yoxa çıxan Türkiyə vətəndaşına aid olduğu ehtimal edilir. Yekun nəticə məhkəmə-tibbi ekspertizadan sonra bəlli olacaq.
Digər cəsədlərin üzərindəki paltarların Suriya istehsalı olduğu müəyyən edilib.
Keçən ay Livan və Suriya arasındakı sahil bölgəsindən təxminən 90 nəfəri daşıyan bir gəminin Kiprə doğru hərəkət edərkən itdiyi müəyyən olunub.